Murov Kəlbəcər FK Logo
Murov Kəlbəcər FK Est. 2025
Klubun Salnaməsi

Klubumuzun Tarixi

Zəfərdən güc alan "Murov Kəlbəcər" FK — Kəlbəcərin idman ənənələrinin, milli ruhunun və doğma yurda bağlılığının təcəssümüdür.

2025 Təsis Olunma Yılı
Murovdağ Əzəməti
AFFA Region Liqası
9:1 İlk Tarixi Qələbə

Klubun Təsis Olunması

Kəlbəcər deyəndə insanın fikrində ilk olaraq onun ecazkar təbiəti, zəngin flora və faunası canlanır. Tarixən bu diyarda AFFA bayrağı altında çıxış edən peşəkar futbol klubu olmamışdır. 2025-ci ilin aprel ayında fiziki tərbiyə müəllimi İlqar Məmmədov və həmməsləklərinin təşəbbüsü ilə Kəlbəcəri təmsil edən rəsmi futbol komandası — “Murov Kəlbəcər” FK təsis edildi.

Klubun yaradılmasında əsas məqsəd işğaldan azad olunmuş Kəlbəcərin adını idman аrenаlarında yüksəltmək, region gənclərini futbol ətrafında birləşdirmək və Kəlbəcərin idman ənənələrinin təməlini qoymaqdır.

Adın Mənası və Şəhidlərimizin Xatirəsi

Komandanın adında "Murov" sözünün yer alması təsadüfi deyil. Murovdağ silsiləsi Azərbaycanın strateji baxımdan ən önəmli yüksəklikləridir. 44 günlük Vətən müharibəsi zamanı baş verən en şiddətli döyüşlərdən biri məhz Murovdağ istiqamətində gedib.

"Murovdağ döyüşlərində Vətən uğrunda 200-dən çox hərbi qulluqçumuz şəhid olub. Şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək və Kəlbəcərin yenilməz ruhunu yaşatmaq üçün komandamızın adını 'Murov Kəlbəcər' qoyduq."

Yaşıl Meydanlara İlk Addımlar

AFFA tərəfindən Region Liqasında iştirak hüququ qazanan komanda baş məşqçi Orxan Babayevin rəhbərliyi altında ilk mövsümünə möhtəşəm start verdi. Çempionatın ilk matçında "Bakı TFK" komandası ilə qarşılaşan "Murov Kəlbəcər" FK 9:1 hesabı ilə alovlu qələbə qazanaraq adını ölkə futbol gündəminə yazdırdı.

Heyətində həm yerli təcrübəli futbolçuları, həm də tələbə statunda olan əcnəbi oyunçuları (Liberiya, Sudan, Belarus) birləşdirən komanda, mərhələli şəkildə Peşəkar Futbol Liqasına (2-ci və 1-ci Liqa) yüksəlməyi hədəfləyir.

Rəsmi Məlumatlar

  • Təsis ili: 2025
  • Təsisçi: İlqar Məmmədov
  • Baş Məşqçi: Orxan Babayev
  • İlk Liqa: AFFA Region Liqası
  • Rənglərimiz: Qızılı - Qara

Gələcək Hədəflər

  • 2-ci Liqaya vəsiqə qazanmaq və peşəkar status almaq.
  • Ev oyunlarını Xankəndi Şəhər Stadionunda keçirmək.
  • Kəlbəcərdə yeni stadion hazır olduqdan sonra doğma yurda qayıtmaq.
  • Uşaq Futbol Akademiyası vasitəsilə yeni çempionlar yetişdirmək.

Futbola Sevgi, Kəlbəcərə Sədaqət!

İanə Et